Bir aydan çoxdur ki, İranda naməlum şəkildə itkin düşən gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə haqqında iyunun 5-də məlumat veriləcək. Modern.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, bu barədə İran islam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı Əhməd Neməti bildirib.
Qeyd edilib ki, bir neçə gün öncə geri çağırılan Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov sabah Tehrana qayıdacaq.
Modern.az