Modern.az

Deputat Xankəndinin ziyalıları ilə görüşüb

Deputat Xankəndinin ziyalıları ilə görüşüb

4 İyun 2012, 12:01

Milli Məclisin deputatı Flora Qasımova Xankəndi şəhərinin ziyalıları ilə görüş keçirib. Bu barədə Modern.az-a millət vəkili özü məlumat verib.

F.Qasımova bildirib ki, görüşdə respublikamızın müxtəlif bölgələrində yaşayan xankəndlilərin    təşkilatlanması, cəmiyyətə inteqrasiyası, onların ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, ölkəmizin taleyüklü problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməsi, soydaşlarımızın vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi işinə xankəndlilərin də fəal iştirak edərək diaspor təşkilatları arasında əlaqələrinin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Deputat onuda bildirib ki, Xankəndi şəhərində anadan olan ziyalıların bir araya gəldiyi tədbirdə 1945-ci ildən   keçmiş DQMV-nin mərkəzi şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 4 saylı orta məktəbə 1973-cü ildən tam məlum hadisələr başalayana qədər rəhbərlik etmiş Sabir Əliyevin 80 illik yubileyi də qeyd olunub və xüsusi olaraq vurğulanıb ki, erməni millətçilərinin təzyiqləri altında fəaliyyət göstərməsinə baxmayaraq Dağlıq Qarabağ azərbaycanlılarının maariflənməsində bu məktəbin xüsusi xidmətləri olub. Tədbir iştirakçıları hazırda məzunlarının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyi Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbin   fəalyyətinin bərpa olunması, Qarabağ uğrunda gedən döyüşlərdə məzunları sırasından onlarla şəhid verən bu məktəb haqqında kitab yazılmasının vacibliyi haqqında fikirlər söyləyiblər.   

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir