Modern.az

Qeyri-çimərlik ərazilərində çimənlərə qarşı mübarizə gücləndirilir

Qeyri-çimərlik ərazilərində çimənlərə qarşı mübarizə gücləndirilir

4 İyun 2012, 13:34

“Çimərliklərdə müəyyən edilmiş ərazilərdən kənarda çimənlərə qarşı mübarizə aparmaq üçün Bakının 11 rayonun icra hakimiyyətlərində icra nümayəndələri, bələdiyə sədrləri, məktəb direktorları ilə son bir ay müddətində geniş müşavirələr keçirilib”.
Bu sözləri Modern.az saytına açıqlamasında Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev deyib. Onun sözlərinə görə icra nümayəndələri, bələdiyyələr qadağan olunmuş yerlərə lövhələrin qoyulmasına söz veriblər.

“Ümumiyətlə, əhali arasında maarifçilik işinin aparılmasında, qeyri-çimərlik ərazilərinə gedən yollarda qadağanedici işarələrin qoyulmasına kömək etmək məqsədilə yerli icra nümayəndfələrini bu işə cəlb etmək istəyirik və cəlb edirik”.

M.Piriyev bununla bağlı müsbət nəticələrin əldə edildiyini vurğulayıb. “Bəzi yerlərdə həmin qeyri-çimərlik ərazilərinə gedən yollar bağlanır və ya orada qadağanedici işarələrin qoyulması üçün lövhələr hazırlanır. Məsələn Xəzər və Səbail rayonlarında belə lövhələr hazırlanır”.

Mənsur Piriyev çimərlik mövsümü başlayandan Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən necə nəfərin xilas edildiyi barədə statistakasının tam bəlli olmadığını biıdirib. “Biz belə statistakanı aylıq hazırladığımız üçün indidən heç nə deyə bilmərik.  Ayın sonunda bununla bağlı mətbuata məlumat veriləcək”.

Hazırda 400-dən artıq əməkdaşın dəniz qırağında fəaliyət göstərdiyini deyən M.Piriyev qeyd edib ki, onların içərisində peşəkar dalğıclar, matros-sükançılar, matros-xilasedicilər də var.

“Onlar səhər saat 09:00-dan axşam saat 21:00-a qədər çimərliklərdə fəaliyyət göstərirlər”.

İnsanların sularda təhlükəsizliyi işini həyata keçirən Dövlət Sularda Xilasetmə Xidməti çimərliklərdə vətəndaşları aşağıdakı davaranış qaydalarına riayət etməyə çağırıb:

- Nəzarətsiz ərazilərdə çimmək qadağandır;

- Çimərlikdə uşaqları nəzarətsiz qoymaq olmaz;

- 13 yaşdan aşağı uşaqlara çimərlikdən yalnız valideynlərin və böyüklərin müşayiəti ilə istifadə hüququ verilir;

- Suda üzən nəqliyyat vasitələrinə yaxınlaşmayın;

- Çimmə zonasının işarələnmiş sərhədlərini keçmək qadağandır;

- Çimərlik ərazisini və suyun dibini zibilləmək olmaz;

- Çimmə zonasında balıq ovlamaq qadağandır;

- Sərxoş halda çimərliyə getmək və çimmək həyatınız üçün təhlükəlidir.

- Qayıqların, skuterlərin sərxoş şəxslərə verilməsi yolverilməzdir;

- Qadağan edilmiş ərazilərə üzgü vasitələri ilə daxil olmaq təhlükəlidir;

- Hər bir vətəndaş insanların sularda təhlükəsizliyini qoruyan xilasedicilərin çağırışlarına və tələblərinə riayət etməlidir;

 

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir