ABŞ Dövlət Katibi Hillari Klintonun Ermənistana rəsmi səfəri başlayıb. Hava limanında H.Klintonu Emənistanın xarici işlər naziri Eduard Nalbandyan qarşılayıb.
Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ rəsmisinin Ermənistana səfəri çərçivəsində bu gün prezident Serj Sarkisyan və Ermənistan xarici işlər naziri Eduard Nalbandyanla görüşəcəyi gözlənilir.
Görüşlərdə Ermənistan-Amerika əlaqələrinin inkişafı və gücləndirilməsi, Qarabağ probleminin həll prosesinin müzakirə edilməsi gözlənilir. Tərəflər regional və beynəlxalq problemləri də dəyərlənidrəcəklər.
Qeyd edək ki, H.Klinton 5 iyunda Gürcüstana səfər edəcək. İyununun 6-da isə Dövlət Katibinin Azərbaycana səfər edəcək.
Anar RÜSTƏMOV