Bu gün bir sıra mətbuat orqanlarında BDU-nun adı açıqlanmayan professorunun müdafiə sənayesi naziri Yavər Camalovun oğlu tərəfindən auditoriyada döyülməsi barədə yazılar dərc olunub. Bu məsələ ilə əlaqədar BDU-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a açıqlamasında bildirdi ki, BDU-da professorunun nazir oğlu tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatların heç biri əsası yoxdur.