Modern.az

Deputat beynəlxalq təcrübədən danışdı

Deputat beynəlxalq təcrübədən danışdı

4 İyun 2012, 16:22

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli Xorvatiya səfəri ilə bağlı Modern.az-a danışıb. Deputat bildirib ki, UNİCEF-in təşkilatçılığı ilə baş tutan səfərdə əsas məqsəd “Sosial xidmət haqqında” qanunun işləmə mexanizmi ilə bağlı Xorvatiya təcrübəsini öyrənmək və ölkələrimiz arasında bu sahədə əməkdaşılıq əlaqələrini genişləndirmək idi.

 Səfərin əhəmiyyətini müsbət qiymətləndirən deputat Xorvatiyada çoxsaylı görüşlər keçirtdiyini vurğulayıb:

“Qeyd edim ki, Xorvatiyaya bir həftəlik səfərimiz çox uğurlu keçdi. Biz orada müxtəlif görüşlər keçirdərək Xorvatiynın bu sahədəki təcrübəsini dərindən öyrənməyə çalışdıq.

Səfər çərçivəsində Xorvatiyanın Əmək və Pensiya naziri Mirando Mrsiç, Uşaq Ombudsmanı Mila Yuloviç, Ədliyyə Nazirinin müavini Sandra Artukoviç Kulst, Xorvatiyanın sabiq baş naziri, hazırda Xorvatiyanın Avropa Parlamenindəki nümayəndəsi Aloes Peperli ilə görüşdük.

Görüşlərdə ölkələrimiz arasındakı əlaqələr, ikitərəfli münasibətlər geniş müzakirə olundu. Qeyd edim ki, onlar da Azərbaycanın bu sahədə qazandığı uğurları müsbət qiymətləndirərək bizim bu sahədəki təcrübəmizi öyrənmək istədikərini bildirdilər. Cənab səfirimiz Kamil Xasıyev də  bizi yüksək səviyyədə qarşıladı. Bütövükdə Xorvatiyaya səfərimiz uğurlu alındı"

H.Rəcəblinin sözlərinə görə, səfərdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov, Maliyyə Nazirliyinin idarə rəisi Xəqani Rzayev və Milli Məclis aparatından isə Adil Vəliyev iştirak ediblər.

Deputat bildirib ki, bu sahədə Xorvatiyaya ilə əməkdaşlıq gələcəkdə Azərbaycanda sosial müdafiə sistemində yeni islahatların yaranmasına səbəb ola bilər. 

"Biz səfər zamanı əlillər evinə baş çəkərək oradakı mühitlə tanış olduq.Yekunda biz onların təcrübəsini öyrənməyə çalışdıq. Bildiyimiz kimi Azərbaycanda modern dövlət quruculuğu siyasəti həyata keçirilir. Bu baxımdan sosial müdafiə sistemində dünya təcrübəsindən istifadə etmək olduqca əhəmiyyətlidir"-deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, millət vəkili Hadi Rəcəbli  Xorvatiyaya mayın 27-də səfər etmişdi. Səfərin əsas məqsədi “Sosial Xidmət haqqında” qanunun işləmə mexanizmini öyrənmək və bu istiqamətdə Xorvatiya təcrübəsini tətbiq edməkdir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir