Gəncənin “Yevlax avtovağzalı” kimi tanınan avtobus və sərnişindaşıma terminalı yeni əraziyə köçürülüb. Bu barədə məlumatı “Gəncə Avtovağzal” ASC-nin sədri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, şəhərdə nəqliyyat sıxlığını azaltmaq üçün avtovağzal şəhərin kənarında ayrılmış sahəyə köçürülüb.
Belə ki, avtovağzal üçün şəhərin Bakı istiqamətindən giriş hissəsində, “Azəralüminium” ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin yaxınlığında 5 hektar torpaq sahəsi ayırılıb. İnfrastrukturu normal səviyyədə qurulmuş olan adıçəkilən ərazidə avtovağzal fəaliyyətini davam etdirəcək. N.Həsənov əlavə edib ki, avtovağzalın köçürülməsi üçün şəhər rəhbərinin sərəncamı da var. Qeyd edək ki, sözügedən ərazidə Gəncə Beynəlxalq Avtovağzalı da tikiləcək. Hazırda 9, 12, 8 marşrut xətti ilə işləyən mikroavtobuslar və 11, 2 xətti üzrə işləyən orta tutumlu avtobusların hərəkət qrafiki dəyişdirilərək əsas avtovağzala kimi hərəkət edir. Sərnişinlərin rahatlığı üçün avtovağzal ərazisində hazırda yeni dayanacaqların tikintisi nəzərdə tutulur.
Modern.az