Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov Modern.az-a müsahibəsində bildirib ki, Şuşa və və digər işğal altında olan regionlar haqqında məlumatlar sosial reklamlarda yer alacaq. Bu məsələnin çoxdan gündəmdə olduğunu vurğulayan B.Səfərov yaxın vaxtlarda işə başlayacaqlıarını bildirib.
Bayram Səfərov: “İşğal altında olan torpaqlarımızı hər an xatırladacaq sosial reklamlar yolları və küçələri əhatə etməlidir. Reklamların məzmunu işğalda olan rayonlar haqqında məlumatlar, Qarabağ döyüşlərində şəhid olanların adları və Şuşaya ...... km qaldı, Xankəndinə ...... km qaldı formatında olacaq”.
Elçin AĞAYEV