Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərdən ibarət Azərbaycan nümayəndələrinin Moskvada erməni həmkarlarıyla görüşünə münasibət bildirib.
Modern.az–a açıqlamasında B.Səfərov deyib ki, bu görüşlə bağlı Azərbaycan nümayəndə heyəti qabaqcadan Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına da xəbər verməliydi: “Bizim də istəklərimizi bilməli və baş tutacaq görüşdə dilə gətirməli idilər. Hesab edirəm ki, bizim də rəyimizi öyrənib qiymətləndirsəydilər, yaxşı olardı. Ən azından Qarabağa - Şuşaya qayıdan, oranın əzəli və əbədi sakinləri bizlər olacağıq”.