Şəmkir rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 15 yaşlı qız aldığı xəsarətlərdən sonra xəstəxanada dünyasını dəyişib.
Bakı-Qazax magistralının 380-ci km-də ölümlə nəticələnən avtoqəzanı Gədəbəy sakini Royal Qasımlı idarə etdiyi 20 CU 333 dövlət nömrə nişanlı “Mersedes”lə törədib. Sürücü avtomobillə Qazax istiqamətinə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı, 15 yaşlı Nuranə Musayevanı vurub. Amma həkimlərin səyləri yetərli olmayıb. Şəmkir Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Nuranə Musayeva bir neçə saat sonra orada dünyasını dəyişib. Qəzanın baş vermə səbələri araşdırılır.