Modern.az

Prezident yeni Təşkilat Komitəsi yaratdı - SİYAHI

Prezident yeni Təşkilat Komitəsi yaratdı - SİYAHI

4 İyun 2012, 20:45

Prezident İlham Əliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Modern.az-ın prezidentin rəsmi internet saytına istinadən vediyi məlumata görə,  Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin edilib.

Təşkilat Komitəsinin üzvləri isə bunlardır:

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

 Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

 Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

 Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

 Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

 Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

 Füzuli Ələkbərov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

 Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

 İlqar Rəhimov – Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti

 Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi

 Fərid Mansurov – Olimpiya çempionu

 Namiq Abdullayev – Olimpiya çempionu

 Zemfira Meftəhətdinova – Olimpiya çempionu

 Elnur Məmmədli – Olimpiya çempionu

 Nizami Paşayev – İslam Həmrəyliyi Oyunlarının çempionu


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir