İyunun 6-da ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycan Respublikasına səfəri nəzərdə tutulur. Səfər çərçivəsində ABŞ dövlət katibinin Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Bu barədə Modern.az-a xarici İşlər Nazirliyindən məlumat verilib. XİN Təhlükəsizlik tədbirləri ilə əlaqədar jurnalistləri 05 iyun saat 14:00 qədər mətbuat konfransında iştirak üçün qeydiyyatdan keçməyə çağırıb.