Modern.az

Klinton Dağlıq Qarabağla bağlı yeni təkliflər gətirib

Klinton Dağlıq Qarabağla bağlı yeni təkliflər gətirib

5 İyun 2012, 10:49

ABŞ Dövlət katibi yeni təklifləri Sərkisyanla müzakirəyə çıxarıb

“Madrid prisiplərindən” imtina olunur

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Helsinki Yekun aktının prinsiplərinə söykənməlidir. Hər harnsı prinsipi digərlərindən ayırmaq olmaz”. Modern.az bildirir ki, bu sözələri İrəvanda keçirdiyi mətbuat konfransı zamanı ABŞ Dövlət katibi Hillari Klinton bildirib.

“Mən tərəfləri güc nümayiş etdirməkdən çəkinməyə çağırmışam. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Problem yalnız danışıqlar yolu ilə həll olunmalıdır. Düzdür, bu münaqişənin daha geniş bir münaqişəyə çevrilməsi təhlükəsi var. Belə olarsa, bu bütün maraqlı tərəflər üçün faciəvi olacaq”-deyə Klinton bildirib. 

Dövlət katibi vurğulayıb ki, ABŞ Minsk qrupu ilə birgə problemin sülh yolu ilə həlli üçün bütün səylərini göstərir. “Mən bu gün prezident Serj Sarkisyan və Edvard Nalbandyanla bir neçə ideyanı müzakirə etdim. Həmçinin ABŞ-ın mövqeyini bir daha xatırlatdım. ABŞ hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun aktının prinsipləri əsasında həll olunmalıdır”.

Klintonun açıqlamları ABŞ-ın münaqişə ilə bağlı Ağ Evin yeni taktikasını hazırlandığını göstərir. Burada əsas hədəf danışıqlarda “söz sahibi” kimi çıxış edən Rusiyanın münaqişə tərəfləri arasında nufuzunu sarsıtmaqdır. Hər şeydən göründüyü kimi Ağ Ev Cənubi Qafqazla bağlı yeni plana stat vermək niyyətindədir.

 

 

 

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir