Modern.az

Novella Cəfəroğlu: “Arif Hacılı başda olmaqla hamısı buraxılacaq”

Novella Cəfəroğlu: “Arif Hacılı başda olmaqla hamısı buraxılacaq”

5 İyun 2012, 12:01

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və digər vicdan məhbusları azadlığa buraxılacaq. Bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a məlumat verib. N.Cəfəroğlu qeyd edib ki, Arif Hacılı başda olmaqla bütün vicdan məhbusları iyunun 10-dək azad olunacaqlar.

“Hazırda bu məsələlərə baxılır. Dünən bizə bildirmişdilər ki, 3 nəfər azad olunacaq. Amma azad olunmadı. Indi bütün vicdan məhbuslarının sərbəst buraxılması məsələsinə baxırlar. Biz bununla bağlı ölkə rəhbərliyinə müraciət etdik. Bizə bildirdilər ki, ayın 10-dək hamısı buraxılacaqlar. Biz də bu istiqamətdə çalışırıq ki, məsələ daha tez həll olunsun”-deyə hüquq müdafiəçisi qeyd edib.

Anar RÜSTƏMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir