Bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə aprel məhbuslarından Sahib Kərimov, Babək Həsənovun kasasiya şikayətinə baxılıb. AXCP-dən Modern.az –a verilən məlumata görə, məhkəmə iclası Sahib Kərimov və Babək Həsənovun cəzasının çəkilməmiş hissəsindən azad olunması barədə müracəti əsasında keçirilib. Hakim onlar barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb. Məhkəməyə müraciət edən şəxslər həbsdən azad olunmalarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyirdi.
Səbail rayon Məhkəməsinin hökmü ilə Sahib Kərimov 2 il, Babək Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Modern.az