Modern.az

Azərbaycan jurnalistləri Belçikaya nə üçün gedirlər?

Azərbaycan jurnalistləri Belçikaya nə üçün gedirlər?

5 İyun 2012, 14:33

İyunun 6-7-də Brüsseldə “Rusiya və “Şərq Tərəfdaşlığı” ölkələrində yeni kütləvi informasiya vasitələri ilə bağlı vəziyyət” adlı seminar keçiriləcək. Seminarda ölkəmizin bir sıra media nümayəndələri iştirak edəcək. Media eksperti Qulu Məhərəmli   Modern.az-a səfərin  əhəmiyyəti barəsində danışıb.

“Bu, bir fikir mübadiləsi olacaq. Ora MDB ölkələrindən jurnalistlər dəvət olunub. Təşkilat Avropa Jurnalistlər  Birliyidir.  Əsasən, müasir  cəmiyyətdə xəbərin yeri, cəmiyyətin məlumatlandırılması işinin təşkilində yeni metodlar, yeni texnologiyalar, mətbuat azadlığı  sistemində  bu işlərin reallaşdırılması  və s. məsələlər  haqqında danışılacaq. Bununla yanaşı, hazırda demokratik cəmiyyət üçün xəbərin önəmi nədir? Media bunu auditoriyaya, cəmiyyətə necə çatdırır, necə çatdırılmalıdır? Bu kimi fikirlər səslənəcək”.

Qulu Məhərrəmlinin sözlərinə görə,  görüşün üstünlüyü ondan ibarət olacaq ki,  Azərbaycan jurnalistləri bu gün Qərbdə tətbiq olunan yeni texnologiyalardan xəbər tutacaq.
“Jurnalistlər  yeni texnologiyalardan xəbər tutmaqla yanaşı,  həmin metodları öz işlərində də  tətbiq etmək şansı qazanacaqlar. Azərbaycan cəmiyyətində  medianın rolu getdikcə  artır. Sanki sükunət pozulur, insanların qəzetlərə, xəbər saytlarına marağı artır. Və bu  şəraitdə sosial şəbəkələrdə tətbiq olunan yeni texnologiyaların  öyrənilməsi çox vacibdir. O baxımdan hesab edirəm ki, səfərimiz çox əhəmiyyətli olacaq”.

Jurnalist qeyd edib ki, seminarda onunla yanaşı, daha 5 kütləvi informasiya vasitəsinin nümayəndəsi - “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Yeni Nəsil” Jurnalistlər Birliyindən Nailə Əliyeva, “Azadlıq” radiosunun əməkdaşı  Ülkər Akifqızı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirak edəcəklər.

Nihadə Eyyubova
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir