İranla yaşanan məlum hadisələrdən sonra ötən həftə Bakıya gələn Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun iyunun 3-də Tehrana qayıdacağı gözlənilirdi. Modern.az-ın əməkdaşı Azərbaycan səfirinin geri qayıdıb-qayıtmadığını dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev səfirin geri qayıtmasından xəbərsiz olduğunu deyib.
XİN rəsmisi məsələyə “bu haqda mənim heç bir məlumatım yoxdur”-deyə münasibət bildirib.
Qeyd edək ki, səfir Cavanşir Axundovun iyunun 3-də Tehrana qayıdacağı haqda İranın Azərbaycandakı səfirliyinin əməkdaşı Əhməd Neməti məlumat vermişdi.
Azərbaycanla İran arasında yaşanan “soyuq müharibə” nəticəsində İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami məsləhətləşmələr üçün Tehrana gedərək, hələ də geri qayıtmayıb.
Anar RÜSTƏMOV