Modern.az

ANS-dən çıxarılan Südabə Sərvi: “Gərək mənim oradakı xidmətlərimi tərəzinin gözünə qoyardılar”

ANS-dən çıxarılan Südabə Sərvi: “Gərək mənim oradakı xidmətlərimi tərəzinin gözünə qoyardılar”

5 İyun 2012, 18:30

ANS Şirkətlər Qrupuna məxsus “El” jurnalının şef-redaktoru Südabə Sərvi işdən çıxarılıb. Buna səbəb Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Südabə Sərvinin qurumun sədri Anarın əleyhinə mətbuata müsahibə verməsidir. O, “El” jurnalının şef-redaktorluğundan ANS-in vitse-prezidenti Mirşahin Ağayev tərəfindən kənarlaşdırılıb.
Bununla bağlı Modern.az-a danışan Südabə xanımın sözlərinə görə, Mirşahin Ağayev onu işdən çıxaranda işi ilə bağlı irad tutmayıb:

“Mirşahin Ağayev bildirdi ki, “bir işçi kimi bizim sizdən heç bir narazılığım yoxdur. Əksinə rəhbərlik sizin haqqınızda çox yaxşı fikirdədir. Siz “El” jurnalına şef-redaktor gələndən sonra jurnala qarşı heç bir iradım olmayıb. Yalnız orada iki mövzunu dəyişdirmişəm. Amma siz bizim prosedur qaydalarını pozmusunuz. Siz müsahibə vermisiniz. Siz bunu etməli deyildiniz. Anar müəllim ANS-in ən çətin vaxtlarında, bağlanan vaxtı onun açılması üçün  ilk imza atanlardan biri olub. Bu tərəfdən Anar müəllimlə bizi qarşı-qarşıya qoydunuz. Sizi işdən azad edirəm. Ancaq bilmirəm Vahid müəllim buna nə deyəcək””.

S.Sərvi deyir ki, bütün ANS rəhbərliyi onun işdən kənarlaşdırılmasını müzakirə edib: “Hamı məni müdafiə edib, hətta Mais müəllim də. Yəqin ki, Vahid müəllimdə orada olub. Dəqiq bilmirəm”.

Müsahibimiz deyir ki, indiki vaxtda işdən çıxmağa hazır deyilmiş. Onun sözlərinə görə bu hadisələr həftənin altıncı günü baş verib:

“Bir çox problemlərim olduğu üçün işdən çıxmağa hazır deyildim. Həftənin birinci günü işə getdim. Saat 11:00-da Anspress-in direktoru Fariz müəllim çağırıb dedi ki, Mirşahin Ağayev zəng edib ki, Südabə xanım işdən azad edilib. Bu mənə çox pis təsir etdi. Ali təhsilli, yazıçı adamam, harada olsda iş tapacam. Ancaq bu hadisə mənə gözlənilməz zərbə oldu. Hər şeydən öncə insaniyyətlik, xeyirxahlıq kimi meyarlarımız var. Onlar gərək ki, tərəzinin gözünə qoyardılar mənim oradakı xidmətlərimi. Hər zaman böyük qurumlardan jurnal haqqında xoş sözlər eşidilib. Azərbaycanda ilk pianoçu qadın Xədicə Qayıbova haqqında, şairə Umgülsüm haqqında və daha neçə məşhurlar haqqında yazılar yazmışam. Orada mənim xidmətlərim çox olub. Birdən-birə deyəndə ki, siz işdən azad olunursunuz, inanın ki, mənə çox pis təsir etdi. Bir anlıq nə cavab verəcəyimi bilmədim”.

Südabə Sərvi deyir ki, Yazıçılar Birliyinin sədri Anar Rzayev də onun “El” jurnalından işdən çıxarılmasını istəməyib.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir