Modern.az

Bakıda bu yollar bağlanacaq

Bakıda bu yollar bağlanacaq

Təhsil

5 İyun 2012, 20:47

ABŞ-ın dövlət katibi Hillari Klinton iyunun 6-da Bakıya rəsmi səfərə gəlir. Bununla əlaqədar  Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, Klintonun Bakıya rəsmi səfəri ilə əlaqədar keçiriləcək dövlət tədbirləri istiqamətlərində yol hərəkəti üzrə təhlükəsizliyin təmin edilməsi məqdədilə iyunun 6-da saat 12:00-dan axşam saatlarına kimi bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq.
Belə ki, Heydər Əliyev adına Hava Limanından şəhər istiqamətinə, Yusif Səfərov küçəsi ilə Puşkin, Üzeyir Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft meydanı, Niyazi, eləcə də Rəşid Behbudov, Fətəli xan Xoyski, Koroğlu Rəhimov və digər küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri alternativ yollarla hərəkət etməyə çağırıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir