Modern.az

Dövlət Gömrük Komitəsinin yeni STRUKTURU təsdiqləndi

Dövlət Gömrük Komitəsinin yeni STRUKTURU təsdiqləndi

Təhsil

5 İyun 2012, 20:59

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq prezidentə təqdim etmək tapşırılıb. Bundan başqa Nazirlər Kabineti öz normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.

Dövlət Gömrük Komitəsinin strukturu aşağıdakı kimidir

Dövlət Gömrük Komitəsinin aparatı.

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar:
ərazi gömrük idarələri:
Bakı Baş Gömrük İdarəsi;
Sumqayıt Baş Gömrük İdarəsi;
digər ərazi gömrük idarələri;

ixtisaslaşdırılmış gömrük idarələri:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi;
Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi;
Enerji Gömrük İdarəsi;
Aksiz Gömrük İdarəsi;
Avtonəqliyyat Gömrük İdarəsi;
gömrük postları;

digər qurumlar:
Tibbi Xidmət İdarəsi;
Avtomobil Nəqliyyatı İdarəsi;
 Mərkəzi Gömrük Ekspertizası İdarəsi;
Gömrük Mühafizə Xidməti;
Gömrük Akademiyası;
“Azərterminalkompleks” Birliyi;
İdman-Sağlamlıq Mərkəzi;
Kinoloji Mərkəz;

gömrük laboratoriyaları.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir