Modern.az

Vahid Əhmədov: “Neftin qiyməti stabilləşməsə, dövlət büdcəsinə yenidən baxılmalıdır”

Vahid Əhmədov: “Neftin qiyməti stabilləşməsə, dövlət büdcəsinə yenidən baxılmalıdır”

Təhsil

6 İyun 2012, 12:50

Son günlər dünya birjalarında neft stabil qiymət üzərində qərar tuta bilmir. “Qara qızıl”ın qiyməti bir gün artdığı təqdirdə, o birisi gün aşağı düşür. Bir neçə ay əvvəl brent markalı neftin bir barelinin qiyməti 125 dollar olduğu halda, son iki-üç gündə kəskin qiymət enməsi (98 dollar) müşahidə olunub.

Azərbaycanın 2012-ci il üzrə dövlət büdcəsində isə neftin bir barelinin qiyməti 80 dollar həddində götürülüb. Modern.az-a açıqlamasında Millli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov son bir neçə gündə neftin qiymətindəki ucuzlaşmanın Azərbaycan iqtisadiyyatı üçün müəyyən problemlər yaradacağını istisna etmir. V.Əhmədovun sözlərinə görə, hazırkı durum dövlət büdcəsinə dəyişiklik edilməsi və neftin qiymətinin 100 dollar müəyyənləşdirilməsi prosesini qəlizləşdirir:
“Ona görə də neftin qiymətinin aşağı düşməsi heç bir halda Azərbaycan üçün sərfəli deyil. Təbii ki, dünyada gedən siyasi proseslər neftin qiymətinə təsirsiz ötüşmür. Bu yaxınlarda ABŞ prezidenti Barak Obama bəyənat verdi ki, neftin qiymətinin yüksək olması Amerika  iqtisadiyyatına ciddi təsir göstərəcək. Ona görə də Amerikada çalışacaq ki, neftin qiyməti mümkün qədər aşağı düşsün”.

Millət vəkili onu da bildirib ki, bölgələrdə baş verən təbii fəlakətlərlə əlaqədar büdcə xərcləri artıb. Bu vəsaitlər Neft Fondi vasitəsi ilə təmin edildiyindən neftin qiymətinin enməsi Azərbaycan üçün sərfəli deyil: “Proseslər çox sürətlə gedir. Əgər neftin qiyməti aşağı düşərsə Azərbaycanın dövlət büdcəsinin həm xərc, həm də gəlir hissəsində ciddi dəyişikliklər olacaq. Neftin qiymətində 100 dollar səviyyəsində stabilləşmə olarsa, Azərbaycan elə də zərər görməyəcək. Stabilləşmə baş verməzsə, dövlət büdcəsinə yenidən baxılmalı, yeni layihələrin icrası dayandırılmalıdır. Ya da dövlət büdcəsinin ehtiyat hissəsindən, həmçinin Neft Fondunun vəsaitlərindən istifadə olunmalıdır”.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir