Modern.az

Məleykə Abbaszadə bu dəfə də Təhsil Nazirliyinin işinə kölgə saldı

Məleykə Abbaszadə bu dəfə də Təhsil Nazirliyinin işinə kölgə saldı

Təhsil

6 İyun 2012, 13:11


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yenə də Təhsil Nazirliyinin “bostanına daş atıb”. TQDK sədri orta məktəblərdə indiyədək keçirilmiş buraxılış imtahanlarının obyektivliyini şübhə altına alıb.

“Bu il də şagirdlər elə bilirdilər ki, buraxılış imtahanlarına girərək əvvəllər olduğu kimi, hansısa formada qiymət ala biləcəklər. Çünki bu vaxta kimi buraxılış imtahanları qeyri-real keçirilib”.

Məleykə Abbaszadənin sözlərinə görə, əvvəlki illərdə keçirilmiş imtahanlarda bəzi şagirdlər müəyyən suallara telefon vasitəsilə kimlərdənsə cavab öyrənib yazır və ya əhatəsindəki digər həmyaşıdlarından köçürüb qiymət alırdılar.
Amma bu il imtahanlar tam şəffaf keçirildi, real kriteriyalara əsasən təşkil olundu.

Komissiya onu da bildirib ki, TQDK Təhsil Nazirliyinin bu ilin fevralında keçirdiyi sınaq imtahanlarının nəticələrini də nəzərə almayacaq. Çünki həmin imthanlarının heç bir elmi əsası olmayıb və bu özünü TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında bir daha göstərib.
 

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir