Modern.az

Milli Məclisin deputatından xeyriyyə aksiyası - FOTOLAR

Milli Məclisin deputatından xeyriyyə aksiyası - FOTOLAR

Təhsil

6 İyun 2012, 13:34
Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputatı, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə Kürdəmir rayonunda xeyriyyə  aksiyası  keçirilib. Bu barədə Modern.az-a millət vəkilinin köməkçisi Aydın Vəliyev məlumat verib.

“Biz hər il belə aksiyalar keçiririk. Keçən ilin aprel, may, iyun aylarında Sabirabad, Saatlı, Kürdəmir rayonlarında belə aksiya keçirildi. Bu il də həmin aksiya davam etdirilir. Belə qərara gəldik ki, əvvəlcə Kürdəmir rayonundan başlayaq. İyunun 4-5-də əhalinin pulsuz tibbi müayinəsini aparmaq üçün Kürdəmirdə olduq”.
Köməkçinin sözlərinə görə, xeyriyyə məqsədilə təşkil olunan aksiyada psixiatr, stomotoloq,  genekoloq, oftomoloq,  pediatr, kordioloq, nevropotoloq ixtisaslı həkimlər iştirak edib.

“ İyunun 4-də Xəlisə kəndində olduq. Müayinə üçün ətraf kəndlərdən də insanlar gəlmişdilər.  Sonra Mollakəndə gəldik. Ona görə ki, Mollakənd daha böyükdur. Əhalisi 4-5  min nəfər olar.   İki gün ərzində 700 nəfərə yaxın insan müayinə olundu. Təkcə göz xəstəliklərilə bağlı müayinədən 260-dan çox adam keçdi. 4 nəfər də şənbə günü Bakıya əməliyyata gələcək. Biz özümüzlə göz aparatları götürmüşdük. Çalışdıq ki, əhaliyə bacardığımız qədər kömək edək.  Aksiyamızı davam etdirmək üçün ayın 16-17-də Saatlıya, sonra da Sabirabada gedəcəyik”.








Nihadə Eyyubova
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir