Modern.az

Azərbaycan tamaşaçılarına şad xəbər – İTV xarici serialları verə biləcək

Azərbaycan tamaşaçılarına şad xəbər – İTV xarici serialları verə biləcək

Təhsil

6 İyun 2012, 16:41

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında  “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər edilməsi məsələsinə baxılıb.

Modern.az xəbər verir ki, qanunun “İctimai yayımçının hüquqi statusu” haqqında 4-cü maddəsinə dəyişiklikdə təklif olunur ki, ictimai yayımçı öz əmlakı üzərində mülkiyyət hüququna malikdir, bu əmlakdan ictimai yayımın məqsədləri üçün istifadə edə bilər.

Bundan əlavə, qanun 4.4-cü maddəsinə təklif olunan dəyişiklikdə nəzərdə tutulur ki, ictimai yayımçının əmlakı qanunla nəzərdə tutulmuş hallarda satıla bilər, 4.5-ci maddəyə təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, ictimai yayımçının əmlakı yeniləşdirilmək məqsədi ilə satıla bilər.

 Həmçinin 8.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, ictimai yayım xidmətlərinin rəhbərləri, baş rejissorlar müsabiqə əsasında seçilir, Yayım Şurası tərəfindən sadə səs çoxluğu ilə təsdiq olunurlar.

Bununla yanaşı, sözügedən qanunun 13-cü maddəsinə təklif olunan dəyişiklikdə göstərilir ki, dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.

Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanları tərəfindən müəyyənləşdirilir.

Eyni zamanda, məlum qanunun 21-ci maddəsinə təklif olunan dəyişikliyə görə, baş direktor texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyən edir.

Qanuna təklif olunan digər dəyişiklikdə isə bildirilir ki, bu qanunun 23.1.1-ci maddəsi qüvvəyə minəndən sonra da digər mənbələrdən daxilolmalar nəzərə alınmaqla, dövlət büdcəsindən ayırmalar davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU