Rusiya kommunistlərinin lideri Gennadi Züqanov ürəyində ağrılarla bağlı əlaqadar Moskva Kardiologiya İnstitututna yerləşdirilib. Modern az bildirir ki, Kislovdskda olan Rusiya Kommunist Partiyasının sədri G.Züqanov qəfil ürək ağrısı üzündən təcili şəkildə şəhər xəstəxanasına aparılıb. Orada ilkin müayindən sonra G. Züqanov Moskvaya gətirilib.
“İnterfaks”a açıqlamasında G.Züqanov özünü indi yaxşı hiss etdiyini deyib. “Özümü yaxşı hiss edirəm. Müayinədən keçdim. İndi imkan daxilində partiyanın ayın 30-da keçiriləcək plenumuna edəcəyim məruzəyə hazırlamağa çalışıram”-deyə o telefonla bildirib.
Qeyd edək ki, bu gün halı pisləşən kommunsitlərin liderinin mikroinfarkt keçirdiyi barədə məlumat yayılıb.
X.SƏFƏROĞLU