Modern.az

Bu gün həbsxanaya qayıdan Arif Hacılı tezliklə azad olunacağını gözləyir

Bu gün həbsxanaya qayıdan Arif Hacılı tezliklə azad olunacağını gözləyir

Təhsil

8 İyun 2012, 11:46

Müsavat Partiyası  Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bu gün yenidən həbsxanaya qayıdacaq. Bu barədə Modern.az-a A.Hacılının qardaşı Mustafa Hacıbəyli məlumat verib. M.Hacıbəyli qardaşının hələlik həbsxanaya qayıtmadığını bildirib.

“Arif bəy hələ geri qayıtmayıb. Buradadır. Bu gün geri qayıdacaq. Hələ ki bizimlərdir”.

M.Hacıbəyli A.Hacılının vəziyyətinin normal olduğunu bildirərək onun tezliklə azadlığa buraxılacağına ümid etdiyini qeyd edib.

“İnşallah biz gözləyirik ki, Arif bəy tezliklə azadlığa buraxılsın. Biz buna inanırıq”-deyə M.Hacıbəyli vurğulayıb.

Qeyd edək ki, A.Hacılı anasını yas mərasimində iştirak etmək üçün bir həftəlik azadlığa buraxılmışdı.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir