Modern.az

Azay Quliyev beynəlxalq konfransda çıxış edib

Azay Quliyev beynəlxalq konfransda çıxış edib

Təhsil

8 İyun 2012, 13:53

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Şurası və Yerli Demokratiya Qurumları Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Venesiya-Friuli Giulia regionunda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Modern.az-ın məlumatına görə, “Fəal vətəndaşlıq və qonşu ölkələrdə yerli demokratiyanın gücləndirilməsi: qazanılmış təcrübə və Cənub-Şərqi Avropadan orta regionlara qədər olan imkanlar” mövzusunda keçirilən konfransda A.Quliyev vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi və vətəndaşların ictimai fəaliyyət üzrə təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinin Azərbaycan təcrübəsi haqda məruzə ilə çıxış edib.     

Şura sədri məruzəsində QHT, hökumət, bələdiyyə orqanlarının birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində qazanılmış Azərbaycan təcrübəsini əhatə edərək, ölkəmizin QHT və bələdiyyə mənzərəsi, bu ictimai institutların fəaliyyətini tənzimləyən qanunvericilik bazası, Şuranın məqsədi və strukturu, QHT-lərə və bələdiyyələrə dövlət dəstəyi proqramları çərçivəsində ayrılan maliyyə yardımı və başqa məsələlərə toxunub.

A.Quliyev QHT-bələdiyyə əməkdaşlığının daha da gücləndirilməsi üçün bu sahədə strategiya sənədinin hazırlanması, beynəlxalq təcrübə və informasiya mübadiləsinin aparılması, birgə qrant müsabiqələrinin elan edilməsi və bu əməkdaşlığa özəl sektorun dəstəyinin təmin edilməsi təkliflərilə çıxış edib.  Şura sədri, həmçinin, QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsinin Azərbaycan təcrübəsinin müvafiq Avropa qurumlarının beynəlxalq forumlarında ən önəmli təcrübə kimi dəyərləndirildiyini diqqətə çatdırıb.            

Qeyd edək ki, konfrans iyunun 10-dək davam edəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir