Milli Vəhdət Partiyası (MVP) seçki öncəsi fəaliyyətə başlayacaq. Bu barədə Modern.az-a partiyanın sədri Yunus Oğuz məlumat verib.
Y.Oğuz hazırda Milli Vəhdət Partiyasının çox passiv fəaliyyət göstərdiyini deyib: “Amma seçkilər öncəsi aktiv fəaliyyətə keçəcəyik. Bunun hansı seçki (prezident, parlament) öncəsi olacağını hələ dəqiqləşdirməmişik”.
Qeyd edək ki, Yunus Oğuz 1998-ci ildən Vəhdət Partiyası (VP) sədrinin birinci müavini olub, 2000-ci ildə keçirilən qurultayda VP-nın adı dəyişərək Milli Vəhdət Partiyası (MVP) elan edilib və qurultayda Yunus Oğuz MVP-nın sədri seçilib.
Y.Oğuz həmçinin “Olaylar İnformasiya Agentliy”inin baş direktoru və “Olaylar” qəzetinin baş redaktorudur.
Modern.az