Müsavat Partiyasının Naxçıvan təşkilatının sədri Meydan Babayev istefa verib. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.
G.Aslanlının sözlərinə görə, partiyanın Naxçıvan təşkilatının sədri Meydan Babayev heç bir səbəb gətirmədən istefa etmək istədiyini bildirib.
“Müsavat Partiyasının Naxçıvan təşkilatının sədri ərizə ilə müraciət edərək istefa verdiyini açıqlayıb. O, öz ərizəsində buna heç əsas, səbəb gətirməyib. Sadəcə olaraq getmək istədiyini bildirib. Bizdə də Meydan Babayevin hansı səbəbdən istefa verməsi ilə bağlı heç bir məlumat yoxdur”, – deyə G.Aslanlı qeyd edib.
Anar RÜSTƏMOV