Modern.az

Nuşirəvan Məhərrəmli ATV və ANS-ə xəbərdarlıq etdi

Nuşirəvan Məhərrəmli ATV və ANS-ə xəbərdarlıq etdi

Təhsil

8 İyun 2012, 17:23

Modern.az-ın məlumatına görə, bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "ATV" və "ANS" televiziyaları tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə başlanılmış inzibati icraat üzrə işə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən texniki və digər vasitələrdən istifadə etməklə hazırlanıb.İstehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə, teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına görə ATV və ANS televiziyalarına xəbərdarlıq elan edilib.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir