Bu gün Trabzon şəhərində Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun və Gürcüstan xarici işlər naziri Qriqol Vaşadzenin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransı keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, birgə mətbuat konfransında üçtərəfli Trabzon Bəyannaməsi imzalanıb.
İmzalanma mərasimindən sonra nazirlər çıxış edib. Öz çıxışında E. Məmmədyarov Azərbaycanın regionda enerji layihələrinin inkişafına önəm verdiyini vurğulayıb.
E.Məmmədyarov həmçinin 9 iyun tarixində Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan iş adamlarının iştirakı ilə 3 ölkənin iqtisadiyyat nazirlərinin görüşünün keçiriləcəyini söyləyib.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq cəbhə xəttində son hadisələrin baş verməsinin münaqişənin dondurulmuş olmadığını söyləyib və bu münaqişənin regionun təhlükəsizliyini və sabitliyini sarsıtdığını və regionun gələcəyi üçün bir təhlükə olduğunu qeyd edib.
Modern.az