Modern.az saytının “Anadolu” agentliyinə istinadən veridiyi məlumata görə, Türkiyə prezidenti Abdulla Gül Azərbaycan torpaqlarının Ermənistan tərəfindən azad edilməsi ilə bağlı bəyanatla çıxış edib.
Prezident Türkiyənin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Qafqazda sülhün bərqərar olması üçün çalışdığını bildirib.
Abdulla Gülün sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra bütün problemlər unudulacaq və Qafqazda sülh bərqərar olacaq:
"Biz Qafqazda sabitliyin yaradılması üçün hər şey edirik. Bu istiqamətdə bəzi addımlar hamıya məlumdur, bəziləri isə naməlumdur"
Modern.az