Modern.az

Masallıda ağır qəza: 4 nəfər öldü

Masallıda ağır qəza: 4 nəfər öldü

9 İyun 2012, 09:02

Bu gecə Masallı rayonunda dəhşətli yol qəzası baş verib. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Alvadı kəndində (rayon mərkəzindən 4 km aralı) baş verib.

“KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişin (şəxsiyyətləri məlum deyil) hadisə yerində ölüblər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir