Milli Məclisin fəaliyyət istiqamətində böyük önəm verilən məsələlərdən biri də beynəlxalq əməkdaşlıqdır. Bunun üçün ali qanunverici orqanın dünyanın 76 ölkəsinin parlamentlərarası əlaqələrlə bağlı işçi qrupları var ki, bu qruplara “dostluq qrupları” da deyilir.
Bəs, deputatlar təmsil olunduqları işçi qruplarının təyinatına uyğun olaraq qarşı ölkə ilə Azərbaycan arasında münasibətləri necə dəyərləndirirlər?
Bu dəfə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rafiq Məmmədhəsənov fikirlərinə diqqət edək.
Tibb Universitetinin prorektoru, deputat R.Məmmədhəsənov Modern.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü olaraq bu əlaqələrin normal olduğunu deyib: “İndiki dostluq əlaqələrimizi normal qiymətləndirirəm. Dostluq əlaqələri normal olaraq davam edir. Hər iki ölkə biri-birinə qarşı yaxşı münasibət bəsləyir. Gələcəkdə də bu dostluq əlaqələrinin normal olaraq inkişaf edəcəyinə inanıram”.
Anar Kəlbiyev