Modern.az

Məleykə Abbaszadə buraxılış imtahanlarını şəxsən izləyib, 8 şagird qovulub

Məleykə Abbaszadə buraxılış imtahanlarını şəxsən izləyib, 8 şagird qovulub

9 İyun 2012, 12:26


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dünən keçirdiyi imtahanda 8 şagird qayda pozuntusuna yol verib. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

E.Nağızadə bildirib ki, iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Hər bir rayon üzrə saat 10:00-da  XI siniflər, həmin gün 15:00- da isə IX siniflər öz biliklərini nümayiş ediblər. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. 

TQDK rəsmisi onuda bildirib ki, komitə sədri Məleykə  Abbaszadə imtahan prosesini yaxından izləmək üçün Şamaxı və İsmayıllı rayonlarındakı imtahan mərkəzlərində olub, imtahanın gedişi ilə  tanış olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

E.Nağızadə hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparıldığını bildirib. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulub. 

TQDK rəsmisi  onu da qeyd edib ki, bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar. İlkin məlumatlara əsasən müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd  etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir