Sabunçu rayonu Sabunçu dairəsində xidmət aparan polis serjantının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Modern.az DİN-ə istinadən xəbər verir ki, iyunun 8-də saat 14.30 radələrində Sabunçu rayonu ərazisində, Zəngilan rayon sakini Hüseyn İsmayılov "VAZ-2107" markalı avtomaşını idarə edərkən Mehman Kərimovu və Hacıağa Əhmədovu vurub. Nəticədə M.Kərimov hadisə yerində ölüb, xəsarət alan H.Əhmədova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Qeyd edək ki, Mehman Kərimov yol polis serjantıdı. O Sabunçu dairəsində xidmət başında olarkən Hüseyn İsmayılovun idarə etdiyi "VAZ-2107" avtomaşınla vurulub. H.İsmayılov həbs edilib.