Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbəti sessiyası keçirilib. Müsavat Partiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclas Vidadi Mirkamalın sədrliyi ilə başlayıb.
Vidadi Mirkamal çıxışında bildirib ki, İctimai Palatanın 50-yə yaxın rayonda regional şöbələri yaradılıb, daha 20 rayonda isə hazırda işlər davam edir
Müsavat başqanı İsa Qəmbər də çıxış edərək son günlər cəbhə bölgəsində yaranan gərginliyə münasibət bildirib. İ. Qəmbər İctimai Palata üzvləri olan bitərəfləri daha aktiv olmağa səsləyib.
Sessiyada daha sonra Pənah Hüseyn çıxış edərək İctimai Palatanının Koordinasiya Şurasının üzvlərini ittiham edib. P.Hüseyn İP-in Koordinasi Şurasının üzvlərini qurumun sənədlərinin müəyyən müddəalarına əməl etməməkdə günahlandırıb.Bu müddəalar sırasına İP-in prezidentliyə namizədinin müəyyənləşdirilməsi də daxildir.
Modern.az