Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın tutulub-açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir, şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 24-29 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 10-da şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır, gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
Modern.az