Ermənilər tarixin yadda qalan kəsiyindən bu yana xalqımıza qarşı “ermənilik” (insanlığa sığmayan, yalnız onlara məxsus olan iyrənc, vandal addımlar) etmək üçün əlverişli məqam axtarıblar.
Modern.az “Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər-faktlar və sənədlər” adlı yeni silsilə yazılara start verıb. Bu yazılarda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda ermənilərin yürütdüyü etnik təmizləmə siyasətinin nəticəsində törədilən cinayətlər diqqətə çatdırılacaq. Əsasən faktlar və sənədlər əsasında olacaq yazıda rəsmi qurumların təqdim etdiyi faktlardan istifadə olunub.
Ermənilərin 1992-ci ildə törətdikləri cinayətlər...
(I hissə yanvar-iyun ayları)
1992-ci il 1 yanvar: Erməni quldurlarının Kərgicahan qəsəbəsinə hücumu nəticəsində 80 nəfər mülki şəxs qətlə yetirilib.
05 yanvar: Kərkicahan qəsəbəsində 2 nəfər, Hadrut rayonun Axullu kəndində 1 nəfər qətlə yetirilib.
6 yanvar: Erməni quldurları İmarət-Qərvənd kəndinin Murovdağ yaylağında Humaylar adlanan çoban alaçığına hücum edərək iki azərbaycanlını yaralayıblar. Eyni gündə Goranboy rayonun Böyük və Kiçik Çanabazar adlanan ərazisində 1 nəfər qətlə yetirilib, 7 nəfər ağır yaralanıb.
07 yanvar: Füzuli rayonun Yuxarı Veysəlli kəndində 1 nəfər qətlə yetirilib, 3 nəfər yaralanıb.
08 yanvar: Xocavənd rayonun Qaradağlı kəndində 8 nəfər yaralanıb.
09 yanvar: Füzuli rayonun Qaradağlı, Cuvarlı, Arış və Hadrut rayonunun Axurlu kəndində 2 nəfər milis işçisi və 3 nəfər yerli sakin qətlə yetirilib, 5 nəfər yaralanıb.
10 yanvar: Kəlbəcər rayonun Ağdaban kəndində 1 nəfər qətlə yetirilib.
13 yanvar: Füzuli rayonunun Yuxarı Veysəlli, Arış, Ağbulaq kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilib. Kərkicahan qəsəbəsinə silahlı basqın
nəticəsində 1 nəfər, Xocavənd rayonu Əmiranlılar kəndinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilib.
20 yanvar: Ağdam rayonunun Qərvəndə kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilib.
21 yanvar: Ağdam rayonunun Xıdırlı kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilib.
22 yanvar: Ağdam rayonunun Çinli kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilib.
25 yanvar: Şuşa rayonunun Xəlfəli və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilib. Həmin gün Ağdam rayonu müxtəlif silahlardan atəşə tutulmuş nəticəsində 1 nəfər həlak olmuş, 6 nəfər yaralanıb. Xocavənd rayonunun Əmrallılar kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilib, 2 nəfər yaralanıb.
26 yanvar: Goranboy rayonunun Şəfəq kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilib.
29 yanvar: Ağdam rayonunun Şelli və Əhmədavar kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olub.
1 fevral: Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə silahlı basqın nəticəsində 3 nəfər qətlə yetirilib. Həmin gün Xocalı rayonunun Fərrux kəndinə silahlı basqın
nəticəsində 1 nəfər qətlə yetirilib.
7 fevral: Ağdam rayonunun Sırxavənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilib.
11 fevral: Şuşa rayonunun Malıbəyli kəndinə silahlı basqın nəticəsində 12 nəfər həlak olmuş, 11 nəfər yaralanıb.
16 fevral: Xocalı rayonunun Qaradağlar kəndinə silahlı basqın nəticəsində 24 nəfər qətlə yetirilib.
17 fevral: 56 nəfər, onlardan 12 nəfəri uşaq olan Qaradağlı kənd sakinlərini güllələniblər. Xocalı rayonunun Qaradağlar kəndinə silahlı basqın nəticəsində 10 nəfər qətlə yetirilib, 4 nəfər yaralanıb.
22 fevral: Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə silahlı basqın nəticəsində 3 nəfər qətlə yetirilib, 3 nəfər itkin düşmüş, 12 nəfər ağır yaralanıb.Həmin gün Qubadlı rayonunun Məlikməhəmmədli kəndinə silahlı basqın nəticəsində 3 nəfər qətlə yetirilib.
23 fevral: Şuşa rayonunun mərkəzi raket və top atəşinə tutulmuş nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanıb.
26 fevral: Tərtər rayonunun mərkəzi raket və top atəşinətutulmuş nəticədə 4 nəfər həlak olmuş, 9 nəfər yaralanıb.
08 mart: Ağdam rayonunun Şelli kəndi silahlı basqına məruz qalib, nəticədə 2 nəfər həlak olmuş, 6 nəfər ağır yaralanıb.
16 mart: Füzuli rayonunun mərkəzi raket atəşinə tutulmuş, nəticədə 4 nəfər həlak olmuş, 12 nəfər ağır yaralanıb.
18 mart: Tərtər rayonunun mərkəzi raket atəşinə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 15 nəfər yaralanıb.
21 mart: Qazax rayonunun Aşağı Əskipara və Məzəm kəndləri raket atəşinə tutulmuş, nəticədə 4 nəfər həlak olmuş, 5 nəfər ağır
22 mart: Qazax rayonunun Quşçu Ayrım kəndi raket atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olub. “UAZ 469” markalı 60-25 AZU dövlət nişanlı
avtomaşın Soflu, Cəfərli yolunda partladılıb nəticədə 2 nəfər həlak olmuş, 2
nəfər yaralanıb. Ağdam rayonunun Muğanlı kəndi silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olub.
28 mart: “Kamaz-5410” markalı 40-53 AQS dövlət nişanlı avtomaşın partladılıb, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər yaralanıb.
31 mart: 1992-ci il tarixdə erməni quldurları Hoğa kəndinə hücum edərək 6 nəfər qətlə yetirib, 3 nəfər ağır yaralanıblar.
1 aprel: Füzuli rayonunun Günəşli kəndi top atəşinə tutulmuş, nəticədə 3 nəfər həlak olub.
6 aprel: Tovuz rayonunun Əlibəyli kəndi top atəşinə tutulmuş, nəticədə 2 nəfər həlak olmuş, 16 nəfər ağır yaralanıb.
9 aprel: Şuşa şəhərinin mərkəzi top atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olub.
10 aprel: Kəlbəcər rayonunun Ağdaban kəndinə silahlı basqın edilib, nəticədə 35 nəfər həlak olmuş, 14 nəfər yaralanıb.
18 aprel: Qazax-Cəfərli yolunun 10-cu kilometrliyində “Maz” markalı maşın silahlı basqına məruz qalib, nəticədə 1 nəfər ölümcül yaralanıb.
25 aprel: Ağstafa rayonunun Köhnə Qışlaq kəndi silahlı
basqına məruz qalmış, nəticədə 5 nəfər ağır yaralanıb, 3 nəfər itkin düşmüşdür. Ağdam rayonunun Şelli, Papravənd, Abdal kəndləri raket, top atəşinə tutulmuş, nəticədə 2 nəfər mülki vətəndaş həlak olmuş, 1 nəfər yaralanıb.
29 aprel: Kəlbəcər rayonunun Narıclılar kəndi silahlı basqına məruz qalmış, nəticədə 6 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanıb, 2 nəfər itkin düşmüşdür.
2 may: Xanlar rayonunun Dosular kəndi silahlı basqına məruz qalmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanıb.Naxçıvan MR Şərur rayonunun Havış kəndi top atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 11 nəfər yaralanıb.
5 may: Goranboy rayonunun Tapqaraqoyunlu kəndi silahlı basqına məruz qalmış, nəticədə 6 nəfər həlak olmuş, 8 nəfər yaralanıb. Naxçıvan MR Şərur rayonunun Havış və Günnüd kəndləri müxtəlif silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 8 nəfər yaralanıb.
8 may: Tərtər rayonunun Seyidimli kəndi raket atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olub.
9 may: Laçın rayonu şiddətli top atəşinə tutulmuş, nəticədə 7 nəfər həlak olub.
11 may: Ağdam rayonunun Şelli kəndi atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 2 nəfər yaralanıb.
13 may: Bərdə rayonu top atəşinə tutulmuş, nəticədə 5 nəfər həlak olmuş, 3 yaşayış binası dağıdılıb.
14 may: Tovuz rayonunun Əlıbəyli kəndi müxtəlif silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanıb.
18 may: Ağdam rayonu top atəşinə tutulmuş, nəticədə3 nəfər həlak olmuş, 3 nəfər yaralanıb. Naxçıvan MR Sədərək qəsəbəsinə silahlı
basqın nəticəsində 5 nəfər həlak olmuş, 51 nəfər yaralanıb.
23 may: Naxçıvan MR Sədərək qəsəbəsinə silahlı basqın nəticəsində 19 nəfər həlak olmuş, 23 nəfər yaralanıb.
20 may: Zəngilan rayonunun Qançı kəndi yaxınlığında “UAZ-469” markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanıb.
25 may: Naxçıvan MR Ordubad rayonunun Soyuq kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanıb.
26 may: Tovuz rayonunun Əlıbəyli, Ağdam kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 2 nəfər yaralanıb.
1 iyun: Kəlbəcər rayonunun Alqaya kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanıb. Qubadlı rayonunun mərkəzi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 29 nəfər yaralanıb.
3 iyun: Cəbrayıl rayonunun Şuşaqax kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olub. Ağdam rayonunun Papravənd kəndinə silahlı
basqın nəticəsində 1 nəfər həlak olmuş, 2 nəfər yaralanıb.
5 iyun: 1992-ci ildə Tərtər rayonunun Seyidimili kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanıb.
8 iyun: Tovuz rayonunun Əlıbəyli və Böyükqışlaq kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 6 nəfər yaralanıb.
10 iyun: Kəlbəcər rayonunun Ağdaban kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 15 nəfər yaralanıb.
12 iyun: Füzuli rayonunun Cuvarlı kəndində yük maşını partladılıb, nəticədə 1 nəfər yerli sakin həlak olub.
13 iyun: Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə silahlı basqın nəticəsində 6 nəfər həlak olmuş, 18 nəfər yaralanıb. Qazax rayonunun Fərəhli kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olub. Tərtər rayonunun Cəmilli və Seyidimli kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 19 nəfər yaralanıb.
14 iyun: Qazax rayonunun Məzən və Fərəhli kəndlərinə silahlı basqın nəticəsində 5 nəfər həlak olmuş, 14 nəfər yaralanıb.
16 iyun: Tovuz rayonunun Əlıbəyli və Ağdam kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 6 nəfər yaralanıb.
22 iyun: Füzuli rayonunun Qaradağlı və Korazilli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanıb.Naxçıvan MR-in Sədərək qəsəbəsinə silahlı basqın nəticəsində 1 nəfər həlak olub. Füzuli rayonunun Yuxarı Yağlavənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 4 nəfər yaralanıb.
27 iyun: Füzuli rayonunun Dövlətyarlı kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 1 nəfər yaralanıb.
“İndi buna nail ola bilməməyimizin əsas səbəbi bu cinayətləri törədən insanların Ermənistan dövlətinin rəhbərləri olmasıdır”
Millət vəkili Rövşən Rzayev hesab edir ki, ermənilər tərəfindən törədilər bu cinayətlər cəzasız qalmayacaq. “Biz istər Avropada, istərsə də beynəlxalq təşkilatlar qarşısında bu məsələləri qaldırmışıq. Təəssüf ki, hələlik bu istiqamətdə işlər bir qədər ləng gedir. Amma bu o demək deyil ki, biz istəyimizə nail olmayacağıq. İndi buna nail ola bilməməyimizin əsas səbəbi bu cinayətləri törədən insanların Ermənistan dövlətinin rəhbərləri olmasıdır.”
Millət vəkili ermənilərin törətdiyi vəhşiliklərdən danışıb. “ Mən Ağdamda olan zaman ermənilərin törətdiyi cinayətlərin şahidi olmuşam. Deyə bilərəm ki, bu tarixin heç bir dönəmində törədilməyən vəhşiliklərdir. Baxın körpə uşağın öldürülməsi. Özü də qəddarlıqla. Qadınlar, qocalar da bu siyahıya daxildir. Bunu yalnız insanlıqdan çıxmış biriləri edə bilər. Ermənilər məhz bu xislətə malik olanlardır. Məsələn, mənim atam əsirlikdə olub. Məhz ona qarşı edilən işgəncələrdən bu canilərin nəyə qadir olduqlarını deyə bilərəm.”
Rövşən Rzayev tezliklə torpaqların işğaldan azad olacağına inandığını bildirib. “Mən 2009-cu ildə Dağlıq Qarabağa səfər etdim. Orada hər şey olduğu kimi qalır. Bəzən ermənilər yalandan Qarabağda inkişafdan dəm vurular. Amma bu belə deyil. Orda heç min nəfər də yaşamır. Amma ermənilər Qarabağa ciddi ziyan vurublar. Biz Xankəndinə qədər iki saat yarım yol getdik. Keçdiyimiz ərazilər dağıdılmışdı. Hər tərəf viranəliyi xatırladırdı. Bu da ermənilərin cinayətlərinə daxildir.”
Millət vəkili beynəlxalq səviyyədə ermənilərin cinayətlərinin üzə çıxarılması istiqamətində aparılan işlərdən danışıb. “Bu canilərin adları bəllidir. Bütün cinayət işləri araşdırılıb və sənədlər var. Biz bu sənədləri beynəlxalq ictimaiyyətə təqdim etmişik və bu istiqamətdə işlərimizi davam etdiririk. İnanıram ki, nəticəni tez bir zamanda əldə edəcəyik.”
Orxan Əli
Ardı var...