Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində növbəti oyun keçirilib.
Modern.az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turndə B qrupunda mübarizə aparan Hollandiya və Danimarka yığmaları üz-üzə gəlib. Matçın əsas favoriti hesab edilən Hollandiya yığması maraqlı oyun nümayiş etdirsə də 24-cü dəqiqədə Krohn –Dehlinin vurduğu qolla ilk hissəni 0:1 hesabı ilə başa vurub.
Qarşılaşmanın ikinci hissəsində hollandlar hesabı bərabərləşdirməyə yaxın olsalar da oyun Danimarka yığmasının qələbəsi ilə başa çatıb. Belə ki, Almaniya, Portuqaliya kimi güclü rəqiblərlə eyni qrupa düşən Hollandiya turnirə məğlubiyyətlə başladı
Qeyd edək ki, günün ən maraq doğuran qarşılaşması isə Bakı vaxtı ilə saat 23:45-də Almaniya ilə Portuqaliya yığmaları arasında keçiriləcək.
Anar RÜSTƏMOV