Modern.az

Ermənistan prezidenti Türkiyəyə dəvət edilib

Ermənistan prezidenti Türkiyəyə dəvət edilib

9 İyun 2012, 23:13

Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Eduard Nalbandyanı Türkiyəyə dəvət edib. Modern.az-ın məlumatına görə, bu haqdaTürkiyənin xarici  işlər naziri Əhməd Davidoğlu bildirib.

Ə.Davudoğlu qeyd edib ki,  sözügedən səfərlə bağlı Ermənistana dəvətnamə göndərilib.

 “Biz dəvətnaməni ən yüksək səviyyədə göndərmişik, Ermənistan tərəfinin də ən yüksək səviyyədə iştirakını gözləyirik”

Davudoğlunun sözlərinə görə, iyunun 26-da İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) toplantısı keçiriləcək. Ermənistan da bu təşkilatın üzvü olduğundan rəsmi İrəvanın tədbirdə iştirakı təbiidir. Hazırda Ankara İrəvandan rəsmi cavab gözləyir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir