Suriyada qanlı olaylar davam etdiyi bir vaxtda müxalifətdə olan Suriya Milli Şurasının lideri Bürhan Qalyu tutduğu postda istefa verib.Onu kürd mənşəli siyasətçi Əbdül Basset Seyda əvəz edib. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.
56 yaşlı Seyda bu posta yeganə namizəd olub.
«Hazırda əsas vəzifə Şurada islahatlar aparılmasıdır», deyə yeni lider bildirib. O Şuranın tərkibini genişləndirmək üçün hərəkata qoşulmayan müxalifətçilərlə danışıqlar aparacağını bəyan edib.
Suriya Milli Şurası ötən ilin oktyabrında yaradılıb. Yaradıldığı gündən təşkilata Bürhan Qalyun rəhbərlik edib. Şuraya 230-a yaxın suriyalı siyasətçi daxildir.
Qeyd edək ki, Əbdül Basset Seyda PKK-nın tanınmış rəhbərlərindəndir.
Türkiyə mediası bu məsələnin ölkənin Suriyaya yönəlik siyasətinə yenidən baxması ilə nəticələnəcəyini yazıb.
Hələlik Türkiyə rəsmiləri bu barədə heç bir mövqe açıqlamayıblar.
Modern.az