Modern.az

8 iyun tarixindəki buraxılış imtahanlarının nəticələri bu gün açıqlanacaq

8 iyun tarixindəki buraxılış imtahanlarının nəticələri bu gün açıqlanacaq

Təhsil

11 İyun 2012, 10:43

İyunun 8-də keçirilən buraxılış imtahanın nəticələri bu gün açıqlanacaq. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. TQDK rəsmisi bildirib ki, iyunun 8-də keçirilən imtahanın nəticələri ilə bağlı proses başa çatmaq üzrədi və bu gün günortadan sonra nəticələrin açıqlanacağı gözlənilir.

Qeyd edək ki, TQDK  iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirmişdi. TQDK-nın məlumatına əsasən, müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd  etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunmuşdur.

 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir