Modern.az

Prokurorluq yol polisini öldürən sürücü ilə bağlı məlumat yayıb

Prokurorluq yol polisini öldürən sürücü ilə bağlı məlumat yayıb

Təhsil

11 İyun 2012, 11:27

Azərbaycan Respublikası Baş  Prokurorluğu yol polisi öldürən sürücü ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidməti bildirib ki, iyunun 8-də saat 16:40 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozan "VAZ 2107" markalı 10 MN 839 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılov Hüseyn Rəfayıl oğlu həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Polis Xidməti Alayının inspektorları Ədalət Paşayev və Əhliman Səmədovun qanuni tələblərinə tabe olmamış və yol hərəkəti qaydalarını pozmaqda davam edib. Polis əməkdaşları sürücünün qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə Böyük Şor şossesində xidmət aparan digər YPX-nin əməkdaşlarına xüsusi rabitə vasitəsi ilə bu barədə məlumat veriblər. H.İsmayılov avtomobili daha yüksək surətlə idarə edərək onu saxlamaq üçün yolun kənarında dayanmış YPX-nin əməkdaşı Mehman Kərimovu vuraraq onu həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə qoymaqla hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta görə həmin tarixdə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264 (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu  və  rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində H.İsmayılov şübhəli şəxs qismində tutulub.

H.İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən  maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

                                                                     

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir