Modern.az

Çingiz Qənizadə hüquq müdafiəçilərini ittiham etdi

Çingiz Qənizadə hüquq müdafiəçilərini ittiham etdi

Təhsil

11 İyun 2012, 12:06

“Biz məhkəmənin yerinə qərar qəbul edə bilmərik...”

Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə vicdan məhbuslarının azadlığa buraxılması ilə bağlı Modern.az-a açıqlama verib. Deputat hüquq müdafiəçilərinin məsələ ilə bağlı mətbuata vediyi açıqlamaları əsassız sayıb.

“Bəzi hüquq müdafiəçiləri bununla bağlı mətbuata açıqlamalarında, hətta məhbusların nə zaman azad olunacaqlarını da bildirdilər. Bunlar həqiqətə uyğun deyil. Mən bu haqda fikirlərimi bildirmişəm. Biz məhkəmənin yerinə nə qərar qəbul edə bilərik, nə dəki hakimiyyətin adından hansısa məsələni açıqlaya bilərik.  Sadəcə olaraq bu istiqamətdə işlərimizi davam etdiririk. Bununla bağlı həmkarlarıma bildirdim ki, konkret vaxt söyləmək yol verilməzdi. Biz də istəyirik ki, həmin şəxslər azad olunsun. Çünki cəzalarının bir ildən artıq müddətini çəkiblər”, - deyə Ç.Qənizadə vurğulayıb.

Qeyd edək ki, hüquq müdafiəçiləri vicdan məhbuslarının iyunun sonuna kimi azadlığa buraxılacaqlarını bildiriblər.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir