Modern.az

Uşaqlar üçün yay düşərgəsi açılır

Uşaqlar üçün yay düşərgəsi açılır

Təhsil

11 İyun 2012, 15:23

“NUR” Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Mənim Azərbaycanım” Layihəsi çərçivəsində qaçqın və məcburi köçkün uşaqlar üçün yay düşərgəsi təşkil edəcək. Düşərgə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda keçiriləcəkdir. Yay düşərgəsində 18 yaşadək 50  uşağın  iştirak edəcəyi bildirilib.

Bu layihənin həyata keçirilməsində başlıca məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqlara dəstək olmaqla onların liderlik potensialının artırılması, milli vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənpərvərlik hissinin aşılanması və Azərbaycan haqqında biliklərinin artırılması, elecə də asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir.

XX əsrdə Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və köçkünlüklə bağlıdır. Hazırda Azərbaycan uşaqlarının 10%-i hələ də qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu uşaqlar Uşaq Hüquqları Konvensiyasında, eləcə də digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlardan məhrum edilmiş və hazırda da bir çox hüquqları gerçəkləşdirilməmiş qalır. Uşaqların böyüyərək məsuliyyətli və layiqli vətəndaş kimi yetişmələri, cəmiyyətin inkişafında rol oynaya bilmələri üçün onlar inkişaf və iştirak hüquqlarından istifadə etməlidirlər. Uşaqların iştirak hüququnun təmini bir başa və ya dolayısı ilə hər bir insanın həyatına toxunur. Belə ki, uşaqlar və yeniyetmələr hamımız üçün daha yaxşı gələcək qurmaqda böyük potensiala malik vətəndaşlardırlar. Bu baxımdan, onlar arasında vətənpərvərlik hissinin yüksəldilməsi və tərbiyəsi vacibdir. Bundan əlavə, individual və qlobal gələcək uğrunda uşaqlar öz hüquqlarını bilməli və özləri ilə bağlı həyata keçirilən proseslərdə iştirak etməlidirlər.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir