Modern.az

Şərqşünaslıq İnstitutunda Azərbaycana qarşı təxribatçı əməllər pislənib

Şərqşünaslıq İnstitutunda Azərbaycana qarşı təxribatçı əməllər pislənib

Təhsil

11 İyun 2012, 15:25

AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda dəyirmi masa keçirilib. Dəyirmi masa iştirakçıları son vaxtlar İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müşahidə olunan gərginliyin səbəblərini elmi prizmadan nəzərdən keçirib və Azərbaycana qarşı təbliğatın heç bir beynəlxalq hüquq, siyasi əxlaq və islam normalarına uyğun gəlmədiyi, Azərbaycan prezidenti və xalqına qarşı təhqir, iftira və böhtanlarla müşayiət olunduğunu vurğulayıblar.

Müzakirələrdə hər iki dövlətin fərqli siyasi sistemlərinin xüsusiyyətlərini nəzərə almaqla İran-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini qeyd edilib. “Gərginliyin aradan qaldırılması, iki dövlət arasında qonşuluq münasibətlərinin ən azı əvvəlki vəziyyətə qaytarılması və daha da genişləndirilməsi üçün İran İslam Respublikasının Azərbaycana münasibətdə beynəlxalq hüquq normalarına və prinsiplərinə riayət etməsi zəruridir. Ayrı-ayrı siyasi qrupların maraqlarının ümummilli maraqlara üstün gəlməsi yol verilməzdir. Hər iki ölkə qonşuluq münasibətlərinin genişləndirilməsində maraqlı olduğundan, buna mane olan qüvvələrin dar, məhdud niyyətlərinin təmin olunmasına yol vermək olmaz. Beynəlxalq hüquq və siyasi etika normaları, həmçinin İslami, insani, əxlaqi və mədəni dəyərlər də bunu tələb edir”, – deyə sonda qəbul edilmiş bəyanatda qeyd olunur.

Modern.az
       
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir