Modern.az

“Türkiyə ilə Ermənistan arasında gizli danışıqlar aparılır” - Politoloq

“Türkiyə ilə Ermənistan arasında gizli danışıqlar aparılır” - Politoloq

Təhsil

11 İyun 2012, 15:47

 “Abdulla Gül Ermənistan prezidentini yola gətirməyə çalışır”


Bu fikirləri politoloq Qabil Hüseynli Türkiyə prezidenti Abdulla Gülün erməni həmkarı  Serj Sərkisyanı Türkiyəyə rəsmi səfərə dəvət etməsini Modern.az-a şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, Türkiyə prezidentinin bu dəvəti ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri ilə bağlıdır.

“Qeyd edim ki, Dağlıq Qarabağ problemində danışıqların dalana dirənməsi və silahlı qarşıdurmanın yaranma ehtimalı müxtəlif tərəfləri sülh yaratma prosesində hərəkətə keçməyə məcbur edir. ABŞ dövlət katibi Hillari Klinton da həmçinin Bakıya səfəri zamanı Qarabağ münaqişəsinin həllində yeni təkliflərin olmasından xəbər vermişdi. Türkiyə bu prosesdə mühüm rol oynadığı üçün Sərkisyanı rəsmi səfərə dəvət edərək onu yola gətirməyə çalışacaq”, -deyə Q.Hüseynli vurğulayıb.
Abdulla Gülün Ermənistana ünvaladığı dəvəti şərh edən politoloq Türkiyə ilə Ermənistan arasında gizli danışıqların aparıldığını bildirib:

“Türkiyə prezidentinin Serj Sərkisyanı rəsmi səfər dəvət etməsində bilinməyən bir sıra məqamlar var. Mənim zənnimcə, bu görüş baş tutarsa, bölgə ilə bağlı bir sıra mühüm məqamlar müzakirə olunacaq. Hesab edirəm ki, əsas məsələ Sürix protokolu ola bilər. Rəsmi dairələr bu istiqamətdə bildirməsələr də, gizli danışıqlar aparılır. Lakin qeyd edim ki, bu dəvətin bilinməyən tərəfləri var ki, ictimaiyyət bundan xəbərsizdir”.

Qeyd edək ki, Türkiyə prezidenti Abdulla Gül Serj Sərkisyanı və xarici işlər naziri Eduard Nalbandyanı Türkiyəyə rəsmi səfərə dəvət edib. Hələlik isə Ermənistan tərəfindən bu dəvətə rəsmi cavab verilməyib.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir