Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. BAXCP İdarə Heyəti son vaxtlardı atəşkəsin mütəmadi pozulması nəticəsində həlak olmuş əsgər və zabitlərin ailələlərinə, bütün Azərbaycan xalqına başsağlığı verib.
Toplantıda ABŞ dövlət katibi Hillari Klintonun səfəri də müzakirə olunub. BAXCP İdarə Heyəti ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun Cənubi Qafqaza səfəri zamanı verdiyi açıqlmaya etirazını da bildirib. Bəyanatda deyilir: "ABŞ dövlət katibi Gürcüstanda olarkən, öz tarixi torpaqlarında yaşadıqları halda abxazların və osetinlərin öz müqəddəratlarını təyin etmək hüququnu tanımadığını, münaqişənin yalnız bu ölkənin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan edib. Lakin ABŞ dövlət katibi Azərbaycana köçürülümüş azsaylı erməni icmasının öz müqəddəratını təyin etmək hüqununun olduğunu vurğuladı, beynəlxalq hüquqa və indiyə qədər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə həqarət olan bu mövqeyə həqarət etməməsi üçün iqtidara öz dəstəyini ifadə edərək işğala son qoyulması üçün konkret mövqe sərgiləmədi. Eyni zamanda onu qeyd etmək lazımdır ki, Rusiya Ermənistanı silahlandırdığı halda ABŞ Azərbaycana qarşı silah embarqosunu aradan qaldırmayıb. Hillari Klintonun son səfəri növbəti dəfə təsdiq edir ki, beynəlxalq birlikdən torpaqlarımızın işğaldan azad olunması istiqamətində dəstək gözləmək əbəsdir". BAXCP iqtidarı neft pullarından istifadə etməklə müdafiə sənayesini inkişaf etdirməyə və torpaqlarımızın işğaldan azad olunması üçün effektli qərarlar qəbul etməyə dəvət edir. Eyni zamanda BAXCP radikal müxalifəti heç olmasa bundan sonra Qərbin müəyyən dairələrinin əlində alət olmamağa, ABŞ və onun müttəfiqlərinin riyakar siyasətini ifşa etməyə çağırır.