Modern.az

Partlayan sərnişin avtobusunun şəkilləri yayıldı - FOTOLAR

Partlayan sərnişin avtobusunun şəkilləri yayıldı - FOTOLAR

Təhsil

11 İyun 2012, 18:11

Göygöl rayonu Pənahlar kəndi istiqamətinə hərəkət edən avtobus alışaraq yanıb, sonradan isə partlayıb. İçərisində sərnişinlərin də olduğu avtobusda sürücünün zirək tərpənməsi kütləvi insan tələfatının qarşısını alıb.

Modern.az xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Göygöl rayonunun Çaylı kəndi ərazisində baş verib. Gəncədən Pənahlar kəndi istiqamətinə hərəkət edən Əziz Sadığovun idarə etdiyi 25 AC 156 dövlət nömrə nişanlı PAZ 367 markalı avtobusun mühərrik hissəsində qəfil yanğın baş verib. Sürücü dərhal avtobusu yolun kənarına çəkərək 16 sərnişinin təxliyəsini təmin edib. Lakin yanan avtobusda sərnişinlərə aid propan balonun olması sonradan partlayışa səbəb olub. Hadisə nəticəsində sərnişin, 74 yaşlı Yaşar Rzaqulu oğlu Abbasov özünü pəncərədən yerə atıb. Nəticədə Yaşar Abbasovun başı daşa dəyib. Xəsarət alan şəxs Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Göygöl rayon Prokurorluğunun böyük müstəntiqi Rövşən Əmrahov: “İlkin ehtimal belədir ki, avtobusun mühərriki salonda yerləşir. Həmin hissədə sürücünün bildirməsinə görə, benzin xəttində sızma baş verib və o alova səbəb olub, nəticədə yanğın baş verib”.

Yanğın və partlayış nəticəsində avtobus tamamilə yarasız hala düşüb. Qeyd edək ki, faktla əlaqədar olaraq Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər